Bayağı tərzdə təqdim olunan mahnıların dilindəki nöqsanlar açıqlanıb

Bayağı tərzdə təqdim olunan mahnıların dilindəki nöqsanlar açıqlanıb Bayağı tərzdə təqdim olunan mahnıların dilindəki nöqsanlar açıqlanıb.
Şou-biznes
6 Aprel , 2023 12:47
Bayağı tərzdə təqdim olunan mahnıların dilindəki nöqsanlar açıqlanıb

Bayağı tərzdə təqdim olunan mahnıların dilindəki nöqsanlar açıqlanıb.

"Report" xəbər verir ki, bununla bağlı hazırlanan siyahı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.

Belə ki, monitorinqlərin nəticəsinə görə, mahnı mətnlərinin dilində loru söz və ifadələrdən istifadə halları, səslərin (c, ç, ş və sairə) qüsurlu tələffüzü aşkarlanıb.

Eləcə də bayağı tərzdə təqdim olunan mahnılarda ifa üçün yetərli olmayan səs tembrləri va texnikalarına rast gəlinib.

Qeyd edilib ki, bunlar sintezator müşayiəti ilə aranjiman olunan, bəsit musiqi quruluşu bir-birini təkrar edən, eləcə də monotonluğun, reçitativin üstünlük təşkil etdiyi mahnılardır.

Həmin mahnı siyahısına Pərviz Bülbülə, Türkan Vəlizadə, Üzeyir Mehdizadə, Ülviyyə Namazova, Aygül Səfərova, Aydın Sani, Nüşabə Musayeva, Nəfəs, Aydın Lökbatanlı, Canan və digərlərinin ifaları daxildir.

Son xəbərlər

Orphus sistemi