​Azərbaycanlı Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu

​Azərbaycanlı Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu O, finalda "O Sole Mio" opera parçasını ifa edib
Şou-biznes
1644
19 Fevral , 2015 02:28
​Azərbaycanlı Elnur Hüseynov O səs Türkiyənin qalibi oldu

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gecə Türkiyədə keçirilən "O səs Türkiyə" mahnı müsabiqəsinə yekun vurulub.

"Report" xəbər verir ki, Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni finalda birinci olaraq "O Sole Mio" opera parçasını ifa edib.

E.Hüseynov daha sonra "Aşk" (Sertab Erener) və "Lutch" (Sem Smit) mahnılarını ifa edib.

Sona Gökhan Özoğuzun komandasında yarışan Kaya adlı ifaçı ilə qalan Elnur Hüseynov SMS-lə səsvermə nəticəsində yarışın ilk azərbaycanlı qalibi olub.