Avstraliyalı aktyor klip çəkilişləri zamanı ölüb

Avstraliyalı aktyor klip çəkilişləri zamanı ölüb Atışma səhnəsinin çəkilişi zamanı gənc aktyorlardan biri sinəsindən güllə yarası alıb və keçinib
Şou-biznes
23 Yanvar , 2017 12:06
Avstraliyalı aktyor klip çəkilişləri zamanı ölüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Avstraliyalı aktyor Brisben şəhərindəki barların birində klip çəkilişi prosesində güllə yarası alaraq vəfat edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, "Bliss n Eso" hip-hop qrupunun klipinin ssenarisi əsasında atışma olub. Atəş epizodunun çəkilişi zamanı gənc aktyorlardan biri sinəsindən yaralanıb və keçinib. Polis hadisəni istehsal qəzası kimi qələmə verib.

Polis nümayəndəsi Tom Armitt bildirib ki, hələlik aktyorların boş və ya döyüş patronları ilə silahlandığı dəqiq bilinmir. Qeyd olunub ki, yaxın məsafədən atəş zamanı boş patron da ciddi yaralanmaya səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi