“Avroviziya 2021”ə buraxılacaq tamaşaçıların sayı bəlli oldu

“Avroviziya 2021”ə buraxılacaq tamaşaçıların sayı bəlli oldu 2020-ci ildə alınan biletlər keçərli olacaq
Şou-biznes
30 Aprel , 2021 01:20
“Avroviziya 2021”ə buraxılacaq tamaşaçıların sayı bəlli oldu

Bu il Niderlandda keçiriləcək “Avroviziya - 2021” mahnı müsabiqəsinin təşkilatçıları yarşımanı izləmək üçün maksimum 3,5 min tamaşaçı qəbul edəcəklərini təsdiq ediblər.

“Report” xəbər verir ki, bu barədə təşkilatçıların yayımladığı açıqlamada göstərilib.

Bildirilib ki, 3,5 min insan Rotterdamın “Ahoy Arena” konsert zalının tutumunun 20 faizidir.

Qeyd olunub ki, 2020-ci ildə alınan biletlər keçərli olacaq. Tamaşaçılar yarışmanın altı məşqini, iki yarımfinal və final mərhələlərini izləyə biləyəcəklər.

Son xəbərlər

Orphus sistemi