ABŞ-da "Hollywood Play" ləqəbli repçi güllələnib

ABŞ-da "Hollywood Play" ləqəbli repçi güllələnib Bakı. 8 oktyabr. REPORT.AZ/ Amerikada Hollywood Play ləqəbi ilə rep ifa edən Frenk Snayder bazar günü Kuins rayonunda silahlı hücum zamanı qətlə yetirilib. Cinayətkarlar hadisə yerindən qaça biliblər.
Şou-biznes
8 Oktyabr , 2018 05:24
ABŞ-da Hollywood Play ləqəbli repçi güllələnib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Amerikada "Hollywood Play" ləqəbi ilə rep ifa edən Frenk Snayder bazar günü Kuins rayonunda silahlı hücum zamanı qətlə yetirilib. Cinayətkarlar hadisə yerindən qaça biliblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən "New York Post" nəşri yazıb.

Bildirilir ki, 35 yaşlı Snayder ötən gün müştərinin "Tavern Lounge" gecə klubunda keçirilən ad günündə çıxış edib.

Gecə saat 03:16 radələrində müəssisəyə qara rəngli sedan yaxınlaşıb. Salonda olan naməlum kişi klubdan çıxan repçiyə atəş açıb. Ayaq və boyun nahiyələrindən odlu silah yarası alan musiqiçi xəstəxanada keçinib.

Nəşrin yazdığına görə, polis sui-qəsdin məhz repçiyə yönəldiyini təsdiq edə bilməsə də, hadisə şahidi olan klub barmeni atəş açan şəxsin məhz Snayderi nişan aldığını deyib. Hazırda qətlin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi