ABŞ-ın əfsanəvi müğənnisi Pris dünyasını dəyişib

ABŞ-ın əfsanəvi müğənnisi Pris dünyasını dəyişib Onun rəsmi ölüm səbəbi hələ məlum deyil
Şou-biznes
21 Aprel , 2016 23:27
ABŞ-ın əfsanəvi müğənnisi Pris dünyasını dəyişib

Bakı. 22 Aprel. REPORT.AZ/ Amerika pop-musiqisinin əfsanəsi sayılan müğənni Pris 57 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, müğənni cümə axşamı səhər Minnesot ştatının Minneapolis şəhərindəki evində ölü tapılıb.
Onun rəsmi ölüm səbəbi hələ məlum deyil, lakin yaxınları müğənninin ağır qrip keçirdiyini bildiriblər.

Pris karyerası ərzində dünya üzrə 100 milyondan çox albom satıb, yeddi dəfə “Qremmi” mükafatına və “Purple Rain” filmindəki mahnısına görə “Ən yaxşı bəstə” nominasiyası üzrə Oskara layiq görülüb.

Son xəbərlər

Orphus sistemi