2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlanıb

2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlanıb Birinci yerdə Selena Qomesin "Bad Liar" mahnısıdır
Şou-biznes
15 Dekabr , 2017 00:58
2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ "Billboard" jurnalı 2017-ci ilin ən yaxşı 100 mahnısının adını açıqlayıb.

“Report” xəbər verir ki, birinci yerdə müğənni Selena Qomesin "Bad Liar" bəstəsi, ikinci yerdə isə Kardi Bi və onun "Bodak Yellow" mahnısı qərarlaşıb.

Liderlər üçlüyünü Kelvin Harris və Frenk Ouşenin "Slide" treki qapayıb.

Onun ardınca Luis Fonsi, Daddi Yanki və Castin Biberin ifasında "Despacito" mahnısı gəlir.

Siyahıda həmçinin Lil Uzi Vertin "XO Tour Llif3", Kendrik Lamarın "Humble", Cey Balvin, Uilli Uilyam və Beyonsun "Mi Gente" mahnısı var.

Son xəbərlər

Orphus sistemi