II Dünya müharibəsinə görə ləğv edilən Kann Film Festivalının ilk mükafatları təqdim edilib

II Dünya müharibəsinə görə ləğv edilən Kann Film Festivalının ilk mükafatları təqdim edilib Fransada İkinci Dünya müharibəsinin başlamasına görə 1939-cu ildə baş tutmayan ilk beynəlxalq Kann Film Festivalının mükafatları təqdim edilib.
Şou-biznes
19 Noyabr , 2019 13:11
II Dünya müharibəsinə görə ləğv edilən Kann Film Festivalının ilk mükafatları təqdim edilib

Fransada İkinci Dünya müharibəsinin başlamasına görə 1939-cu ildə baş tutmayan ilk beynəlxalq Kann Film Festivalının mükafatları təqdim edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, təntənəli mərasim ilk film nümayişinin təşəbbüskarı olan, 1936-1939-cu illərdə Fransanın təhsil naziri olmuş Jan Zenin doğma şəhəri olan Orleanda keçirilib.

Jan Ze adına əsas mükafatı ABŞ rejissoru Frank Kapranın "Mister Smit Vaşinqtona gedir" filmi qazanıb. Filmdə baş rolu canlandıran amerikalı aktyor Ceyms Stüart (1908-1997) ən yaxşı aktyor seçilib. O, bu titulu "Nigerdən olan adam" filmində oynayan fransız aktyor Harri Bor ilə bölüşüb. SSRİ Xalq artisti Marina Ladınina (1908-2003) isə İvan Pıryevin "Traktorçular" musiqili bədii filmindəki roluna görə münsiflər heyəti tərəfindən ən yaxşı aktrisa seçilib.

Fransız rejissor Kristian-Jakın (1904-1994) "Mələklər cəhənnəmi" filmi kinofestivalın münsiflər heyətinin mükafatına layiq görülüb. "Ən yaxşı ssenari" nominasiyasında qalib "Tək ana" filminə görə amerikalı rejissor və yazıçı Qarson Kanin (1912-1999) olub.

Qeyd edək ki, ilk Kann Film Festivalının 1939-cu ilin sentyabrında keçirilməsi planlaşdırılırdı. Onun yaradılması ideyası Venesiya festivalına qarşılıq olaraq 1932-ci ildə yaranmışdı. Lakin II Dünya müharibəsi səbəbindən onun keçirilməsi baş tutmayıb və nəticədə ilk festival 1946-cı ildə reallaşıb. O vaxtdan bəri 1948 və 1950-ci illər istisna olmaqla, hər il festival keçirilir.

Son xəbərlər

Orphus sistemi