“Yaşlı könüllülər” layihəsinə başlanılıb

“Yaşlı könüllülər” layihəsinə başlanılıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinə başlanılıb.
Sosial müdafiə
4 Sentyabr , 2018 17:05
“Yaşlı könüllülər” layihəsinə başlanılıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinə başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar. 

Belə ki, onlar 1 ay ərzində “Könüllülüyün yaşı yoxdur” şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində uşaqların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.

Layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsi ilə yaşlıları fəal yaşlılığa, təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.

Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi