“YAŞAT” Fondu şəhid övladlarının sosial müdafiəsi üçün görülən işləri açıqlayıb

“YAŞAT” Fondu şəhid övladlarının sosial müdafiəsi üçün görülən işləri açıqlayıb "Bu günə qədər “YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciəti təmin edib".
Sosial müdafiə
24 İyun , 2022 11:27
“YAŞAT” Fondu şəhid övladlarının sosial müdafiəsi üçün görülən işləri açıqlayıb

"Bu günə qədər “YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciəti təmin edib".

"Report" xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabr tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

E.Hüseynov qeyd edib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

Son xəbərlər

Orphus sistemi