Yanvar-oktyabr aylarında 45 mindən çox şəxsə əlillik təyin olunub

Sosial müdafiə
  • 13 noyabr, 2026
  • 11:02
Yanvar-oktyabr aylarında 45 mindən çox şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 10 ayında 45,4 min şəxsə əlillik təyin edilib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 18,3 min şəxsə ilkin, 27,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Bundan sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.