Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət - VIDEO

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət - VIDEO Bu gündən etibarən digər bölgələrlə yanaşı, Gəncədə də vətəndaşlar yaşayış yerini SMS icazə almadan, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən, xidməti vəsiqə və ya iş yeri barədə arayış təqdim etmədən tərk edə bilərlər. Bununla yanaşı bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub. Eyni zamanda, muzey və sərgi zalları da qapılarını ziyarətçilərin üzünə açıblar. Reportun Qərb Mərkəzi Gəncədə xüsusi karantin rejimi yumşaldıldıqdan sonra şəhərdəki vəziyyətlə yaxından tanış olub.
Sosial müdafiə
18 May , 2020 23:51
Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət - VIDEO

Bu gündən etibarən digər bölgələrlə yanaşı, Gəncədə də vətəndaşlar yaşayış yerini SMS icazə almadan, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən, xidməti vəsiqə və ya iş yeri barədə arayış təqdim etmədən tərk edə bilərlər. Bununla yanaşı bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub. Eyni zamanda, muzey və sərgi zalları da qapılarını ziyarətçilərin üzünə açıblar. "Report"un Qərb Mərkəzi Gəncədə xüsusi karantin rejimi yumşaldıldıqdan sonra şəhərdəki vəziyyətlə yaxından tanış olub.

Fəaliyyətini bərpa edən restoran, kafe və çay evlərində hələ ki, müştəri sıxlığı müşahidə olunmur. Bununla belə, xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edərək, qeyd olunan məkanlara üz tutanlar da az deyil. 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağanın götürülməsindən faydalanaraq, parklarda istirahət edənlərə də rast gəldik. Muzey və sərgi salonlarında isə hələlik sakitlik hökm sürür.

İaşə obyektlərində xidmətlər pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilir. Müştərilərin restoran, kafe və çay evlərinə daxil olarkən dezinfeksiyaedici məhlullardan istifadə etmələrinə nəzarət olunur. Personal tibbi maska və əlcəkdə xidmət göstərir.

Bank və ATM-lərin qarşısında dayanan sakinlər arasında sosial məsafənin qorunmasına isə Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarət edirlər.

Bulvar, park və xiyabanlarda, o cümlədən küçə və prospektlərdə aparılan dezinfeksiya işləri qrafikə uyğun davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan 32 mobil qrup da öz fəaliyyətini davam etdirir. Mobil qrupların üzvləri sakinlər arasında profilaktik söhbətlər aparır, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırırlar.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda, xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Son xəbərlər

Orphus sistemi