Vəkillər Kollegiyasının sədri Prezident İlham Əliyevə təşəkkür edib

Vəkillər Kollegiyasının sədri Prezident İlham Əliyevə təşəkkür edib Bakı. 22 fevral. REPORT.AZ/ Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Prezident İlham Əliyevə təşəkkür edib.
Sosial müdafiə
22 Fevral , 2018 21:15
Vəkillər Kollegiyasının sədri Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. 22 fevral. REPORT.AZ/ Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Prezident İlham Əliyevə təşəkkür edib.

VK-dan "Report"a verilən məlumata görə, A.Bağırov bildirib ki, bu gün ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalanıb.

"Vəkillik institutunun müstəqilliyinin əsasını qoyan, 1999-ci il dekabrın 28-də ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun qəbulu həmin dövrdən etibarən respublikamızda güclü və peşəkar vəkilliyin formalaşmasına təkan vermiş oldu. Qanun beynəlxalq təşkilatlar tərəfindən mütərəqqi normativ akt kimi qiymətləndirilmişdi. Bu gün ölkəmizdə insan və vətəndaş hüquqlarının peşəkar müdafiəsinin təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən çoxsaylı tədbirlər və layihələr icra edilməkdədir. Bu, nəinki vəkilliyin, həmçinin ümumən məhkəmə-hüquq sisteminin ən mütərəqqi meyarlara cavab verəcək şəkildə təşkilini ehtiva etməkdədir. Bu mənada, sərəncamın qəbulu təsadüfi deyildir və onun ali məqsədini vətəndaşların hüquqlarının müdafiəsinin məhz ən yüksək səviyyədə təmin edilməsi təşkil edir ki, sərəncam dövlətimizin bu sahəyə nə qədər diqqət ayırdığını əyani sübut etmiş oldu. Belə ki, bundan sonra hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən haqq 3 dəfə artırılaraq 6 manat təşkil edəcək, regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin ediləcək, respublikanın şəhər və rayonlarında yerləşən hüquq məsləhətxanaları təmir edilməklə vəkil qurumlarının müasir İKT-nin imkanlarından yararlanmalarına imkan yaradacaq", - VK sədri müraciətində qeyd edib.

A.Bağırov müraciətində vurğulayıb ki, sərəncamda Vəkillər Kollegiyası və onun orqanlarının normal fəaliyyətinin təmin edilməsi üçün zəruri sahələrin ayrılması da nəzərdə tutulub: "Eyni zamanda Vəkillər Kollegiyasına tövsiyə edilib ki, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının artırılması ilə bağlı tədbirlər görsün, vəkillərin öz fəaliyyətində yüksək peşə standartlarına ciddi riayət etmələrini təmin etsin, ölkə üzrə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etsin, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün, Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görsün. Sonda Vəkillər Kollegiyası olaraq Prezident İlham Əliyevin başçılığı ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarını tam dəstəkləyir və vəkillərin müstəqil fəaliyyəti üçün yaradılmış bütün zəruri şəraitə görə dövlət başçısına öz minnətdarlığımızı bildiririk".

Son xəbərlər

Orphus sistemi