“Uqanda dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelinin yaradılması təcrübəsindən istifadə edir”.
“Report” xəbər verir ki, bunu Uqandanın dövlət xidməti naziri Vilson Muruli Mukasa bildirib.
O deyib ki, vətəndaşlara müasir dövlət xidmətlərinin göstərilməsi üçün fəal işlər görürük: "Uqandada analoji xidmət göstərən 3 mərkəz var, onlar artıq fəaliyyət göstərir. Təbii ki, biz “ASAN xidmət”in təcrübəsindən faydalanaraq, bütün ölkə üzrə belə mərkəzlərin sayını artırmaq niyyətindəyik".
Onun sözlərinə görə, Uqandada kənd yerlərində yaşayanların mərkəzin göstərdiyi dövlət xidmətlərindən istifadə etmək imkanının olması vacibdir: "Ona görə də biz Azərbaycan və “ASAN xidmət” ilə əməkdaşlıqdan çox məmnunuq və belə səmərəli əməkdaşlığa görə minnətdarıq”.