"Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (
"Report" xəbər verir ki, bunu agentlik sədri Ülvi Mehdiyev ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, monitorinqlərin 67-si 2019-cu ildə həyata keçirilib: "Sənədləri yoxlanılan işçilərin sayı 6666 olub ki, onlardan da 2661-i 2019-cu ilin payına düşür. Eyni zamanda monitorinq edilmiş işəgötürənlərin sayı isə 318 olub. Onlardan da 116-sı ötən il yoxlanılıb".
Ü.Mehdiyev bildirib ki, ümumilikdə monitorinq edilmiş tikinti obyektlərinin sayı 526 olub: "Tikinti sahəsində aparılan monitorinq nəticəsində 43 qayda pozuntusu aşkarlanıb. Bu səbəbdən 47 şirkət 454 000 manat məbləğində cərimələnib".