Suriyadan gətirilən vətəndaşlar reabilitasiya prosesinə cəlb olunub

Suriyadan gətirilən vətəndaşlar reabilitasiya prosesinə cəlb olunub Suriyadan Azərbaycana gətirilən daha 7 vətəndaş sosial xidmət müəssisəsinə yerləşdirilib.
Sosial müdafiə
22 Fevral , 2024 10:16
Suriyadan gətirilən vətəndaşlar reabilitasiya prosesinə cəlb olunub

Suriyadan Azərbaycana gətirilən daha 7 vətəndaş sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, ilkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır. Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.

Qeyd edək ki, fevralın 21-də Suriyada yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq, 2-si qadın olmaqla 7 Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib.

Son xəbərlər

Orphus sistemi