Son üç ayda Azərbaycanda körpələrə daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI

Son üç ayda Azərbaycanda körpələrə daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI Verilən adlar arasında Ayan, Ayxan, Aylin, Uğur kimi adlar çoxalıb
Sosial müdafiə
2 Aprel , 2016 15:00
Son üç ayda Azərbaycanda körpələrə daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI

Bakı. 2 aprel. REPORT.AZ/ Bu ilin ötən müddəti ərzində doğulan oğlan uşaqlarına daha çox yenə də Yusif adı verilib.

"Report" Ədliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, son üç ayda doğulan oğlan uşaqlarından 566-sı Yusif adlandırılıb.

Daha sonrakı yerlərdə Hüseyn (394), Əli (355), Ömər (281), Murad (224) adları yer alıb.

Siyahıda onluğa düşən adlar Tunar (215), Məhəmməd (214), Ayxan (205), Uğur (205), İbrahim (161) adları olub.

Doğulan qız uşaqlarına verilən adlar arasında isə Zəhra (472) birincidir.

Siyahıda onluqda Nuray (402), Zeynəb (311), Fatimə (304), Aylin (299), Məryəm (267), Ayan (260), Mələk (230), Səma (193), Mədinə (176) adları yer alıb.

Bu il qızlara qoyulan adlar arasında Dəniz (171), İnci (138), Damla (72) kimi adlar da üstünlük təşkil edir.

Son xəbərlər

Orphus sistemi