"Son 4 ildə şəhid ailələri və müharibə əlillərinə 12 500-dən çox mənzil və ya fərdi ev verilib".
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlar" mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, həmin müddətdə 1 450-dək, 7 400 müharibə əlili isə minik avtomobili ilə təmin edilib.
A.Əliyev bildirib ki, 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verib:
"Son 4 ildə və bu ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib".