Bu il Azərbaycanda doğulanların əksəriyyəti oğlan uşaqlarıdır - STATİSTİKA

Bu il Azərbaycanda doğulanların əksəriyyəti oğlan uşaqlarıdır - STATİSTİKA Ölkə əhalisinin sayı 9627,9 min nəfərə çatıb
Sosial müdafiə
11 İyun , 2015 15:49
Bu il Azərbaycanda doğulanların əksəriyyəti oğlan uşaqlarıdır - STATİSTİKA

Bakı. 11 iyun. REPORT.AZ/ Dövlət Statistika Komitəsi Azərbaycanın demoqrafik vəziyyətini açıqlayıb. Komitədən "Report"a verilən xəbərə görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4 faiz artaraq bu ilin may ayının 1-nə qədər 9627,9 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir.

Hesabatda o da bildirilib ki, bu ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə görə bu göstərici 17,1 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi qızlardır.

Məlumatda qeyd edilib ki, bu ilin yanvar-aprel aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 727 nəfər gələn və 269 nəfər ölkədən gedən qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi