Yuxarı

Son 4 ayda Azərbaycanda 900-dən çox əkiz doğulub

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 52,7 min körpə doğulub

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 52,7 min körpə doğulub və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,6 nəfər təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qızlardır. Körpələrin 902-si əkiz, 24-ü isə üçəm doğulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi