Şöbə müdiri: "Uşaqların təhsil, səhiyyəyə çıxışında problemlər var"

Şöbə müdiri: "Uşaqların təhsil, səhiyyəyə çıxışında problemlər var" "Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir".
Sosial müdafiə
18 Noyabr , 2021 12:23
Şöbə müdiri: Uşaqların təhsil, səhiyyəyə çıxışında problemlər var
Leyla Tağıyeva

"Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir".

"Report" xəbər verir ki, bunu "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, uşaqlar üçün keyfiyyətli həyatın təmin olunmasında vacib məsələlərdən biri uşaq hüquqları barəsində genişmiqyaslı işlərin aparılmasıdır: "Uşaqlar iqlim dəyişikliyi, təhsil, psixologiya, sağlamlıq və s. məsələlərdə öz səslərini ucaldır. Uşaq hüquqlarının qlobal problem olması pandemiyada bir daha öz əskini tapdı. Uşaqların təhsil, səhiyyəyə çıxış imkanlarının azalması bu istiqamətlərdə çatışmazlıqlar olduğunu göstərdi".

Son xəbərlər

Orphus sistemi