Şirvan şəhərində Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
"Report"un xəbərinə görə, müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər.
Nazir mərkəzdə yaradılan şəraitə baxış olub.
Müəssisədə müasir şərait yaradılıb və mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.