Səlim Müslümov: "Əlillik dərəcəsinin verilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb"

Səlim Müslümov: "Əlillik dərəcəsinin verilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb" Nazir: "2018-ci ilin birinci rübündə 10 mindən yuxarı şəxsə əlillik təyin olunub"
Sosial müdafiə
11 Aprel , 2018 13:28
Səlim Müslümov: Əlillik dərəcəsinin verilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb
Əmək və əhalinin sosial naziri Səlim Müslümov / Report/ Elchin Murad

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda əlillik dərəcəsinin verilməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb". 

Bunu "Report"un sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

Nazir bildirib ki, bu proseslər bu gün tam şəffaflaşdırılıb, avtomatlaşdırılıb: "Kimin əlilliyi hansı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılır, nə vaxt aparılır, kim tərəfindən aparılır heç kəsin bundan xəbəri olmur. Əlilliyi qiymətləndirən həkim də bilmir ki, ona elektron poçtla gələn həmin Forma-88 göndərişi kimə aiddir, həmin şəxs harda yaşayır. Digər tərəfdən, insanların yaşadığı ərazi üzrə yerləşən Tibbi Sosial Ekspert komissiyaları həmin ərazidə yaşayan insanlara əlillik təyin edə bilmir. Vətəndaş məmur əlaqəsi olmayan yerdə hansısa məhdudiyyətdən söhbət gedə bilməz".

Nazirin sözlərinə görə, 2018-ci ilin birinci rübündə 10 mindən yuxarı şəxsə əlillik təyin olunub: "Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Hər hansı bir məhdudiyyət olsa yəqin ki, ötən ildəkindən az adama əlillik dərəcəsi verilərdi. Heç bir problem yoxdur, heç bir məhdudiyyətdən də söhbət gedə bilməz. Bütün tələblərə cavab verirsə şəxsə qrup təyin olunur".

Son xəbərlər

Orphus sistemi