Səlim Müslümov: "Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı artıb"

Səlim Müslümov: "Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı artıb" Nazir bildirib ki, ilin əvvəlindən 21 350 əmək müqaviləsi bağlanıb
Sosial müdafiə
20 İyun , 2017 11:34
Səlim Müslümov: Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı artıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov / Report

Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı artıb".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
O bildirib ki, ilin əvvəlindən 21 350 əmək müqaviləsi bağlanıb: "Müqavilələrin artımı ən çox tikinti sektorunda qeydə alınıb. Bu da onu göstərir ki, tikinti sektorunda müsbət istiqamətə dəyişikliklər var".

Nazir qeyd edib ki, Azərbaycanda əlilliyin təyinatında kəskin azalma var. O bildirib ki, bu il əlillik təyin olunan şəxslərin sayı iki dəfə azalıb: "Ötən ilin 3 ayında 11 300 nəfərə əlillik təyin olunmuşdusa, bu ilin ey i dövründə 6 100 nəfərə əlillik dərəcəsi verilib".

Son xəbərlər

Orphus sistemi