Sədr: "Bir gündə "ASAN Xidmət"də 408 nikah qeydə alınır"

Sədr: "Bir gündə "ASAN Xidmət"də 408 nikah qeydə alınır" 2019-cu il ərzində “ASAN xidmət” mərkəzlərinə 9 milyondan çox müraciət daxil olub.
Sosial müdafiə
28 Yanvar , 2020 11:28
Sədr: Bir gündə ASAN Xidmətdə 408 nikah qeydə alınır

"2019-cu il ərzində “ASAN xidmət” mərkəzlərinə  9 milyondan çox müraciət daxil olub".

"Report'' xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “ASAN xidmət”ə fəaliyyət göstərdiyi 7 il ərzində 6 734 892 vətəndaş tərəfindən 35 410 334 müraciət daxil olub: "Bu isə hər vətəndaşın ən azı 5 dəfə "ASAN Xidmət"lə müraciət etməsi deməkdir.

Sədr qeyd edib ki, orta gündəlik müraciət sayı 30 871-dir: "Gün ərzində 2390 nəfər "ASAN Xidmət"lə ilk dəfə müraciət edir. Müraciətlər ən çox şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı olur. Bir gün ərzində "ASAN Xidmət"də 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir. Eyni zamanda bir gün ərzində "ASAN Xidmət"də 408 nikah qeydə alınır".

Son xəbərlər

Orphus sistemi