Sankt-Peterburqda illik Rusiya-Azərbaycan Gənclər Forumu işə başlayıb.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Tədbir Rusiya Elm və Ali
Tədbirdə Rusiyanın respublika, federal, regional gənclər ictimai və tələbə təşkilatlarının nümayəndələri, gənclər hərəkatlarının liderləri, gənclər layihələrinin rəhbərləri, Rusiya və Azərbaycandan olan ekspertlər və qonaqlar, o cümlədən Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Elm və Ali Təhsil Nazirliyinin nümayəndələri iştirak edirlər. Foruma həmçinin Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da qatılıb.
Forum çərçivəsində müxtəlif bölmələr, o cümlədən "Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-rəsmi təhsil və gənc QHT-lərin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə işlər təşkil edilib. Bölmələrdə iştirak edənlər Rusiya-Azərbaycan gənclər əməkdaşlığının inkişafı üçün birgə təkliflər hazırlayacaqlar.
Forumda Sankt-Peterburqun gənclər mərkəzlərinə baş çəkiləcək, Sankt-Peterburqdakı Azərbaycan gənclər diasporunun nümayəndələri ilə görüş olacaq.