​Sabunçu rayonunda daha bir sökülmüş binanın yerində yenisi inşa olunub - FOTO

​Sabunçu rayonunda daha bir sökülmüş binanın yerində yenisi inşa olunub - FOTO Bəzi texniki işlər başa çatdıqdan sonra bina sakinlərə təhvil veriləcək
Sosial müdafiə
10 İyun , 2016 16:30
​Sabunçu rayonunda daha bir sökülmüş binanın yerində yenisi inşa olunub - FOTO

Bakı. 10 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda "Pilot layihə" çərçivəsində sökülən qəzalı binaların yerində hündürmərtəbəli binalar inşa olunub.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov "Report"a açıqlamasında deyib ki, rayonun Ramana qəsəbəsi D.Bünyatzadə küçəsi 23 ünvanındakı sökülən 31 mənzilli qəzalı binanın yerində 10 mərtəbəli bina inşa olunub: "Binada tikinti işləri başa çatıb. Bəzi texniki işlər qalıb, onlar da tamamlandıqdan sonra bina sakinlərə təhvil veriləcək. Təqribən üç aydan sonra sakinlər yeni mənzillərlə təmin ediləcəklər".

G.Məmmədov Sabunçu rayonunun Bakıxanov və digər qəsəbələrində qəzalı binaların söküldüyünü və yerində hündürmərtəbəli binaların tikildiyini də deyib.

Xatırladaq ki, bir neçə ay əvvəl Bakıxanov qəsəbəsində R.Axundov və Səməd Bəy Mehmandarov küçələrində 3 və 5 mərtəbəli yaşayış binalarının bəziləri sökülüb, yerində isə çoxmərtəbəli binalar inşa edilib. İnşaat işlərinin yekunlaşdığı binalara artıq köhnə binaların sakinləri yerləşdirilib.

Qeyd edək ki, "Pilot layihə"nin icra müddəti 5 ildir.

Son xəbərlər

Orphus sistemi