Əli Əhmədov: "Qiymət artımının əhaliyə təsir etməməsi üçün geniş proqram hazırlanır"
- 08 fevral, 2017
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 fevral. REPORT.AZ/ "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur və biz bunu etiraf edirik".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, hökumət tərəfindən qiymətlərin daha sürətlə artmaması üçün zəruri tədbirlər görülür: "Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyacan təbili çalmaq üçün əsaslar yaranıb. Amma Azərbaycan hökumətinin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ölkədə qiymət artımının qarşısının mümkün qədər alınmasından ibarətdir. Biz çalışırıq ki, bu hal insanların həyat, yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Hazırda bu istiqamətdə geniş proqram hazırlanır".