Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxıb

Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxıb Milli Məclisin deputatı Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxıb.
Sosial müdafiə
3 İyun , 2019 12:35
Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxıb

Milli Məclisin deputatı Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxıb.

"Report"un məlumatına görə, “Toplan” sahibsiz itlərə qayğı mərkəzi iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalı çərçivəsində heyvansevərlər üçün müxtəlif tədbirlər, maarifləndirici viktorinalar, o cümlədən itlərin sərgisini də təşkil edib.

Tədbir zamanı “Toplan”da saxlanılan bir çox itə müxtəlif şəxslərin sahiblənmək imkanı da yaradılıb. Festival zamanı sakinlərdən bəziləri sahibsiz itlərə sahib çıxaraq öz ailələrinə aparıblar. Onların arasında millət vəkili Qənirə Paşayeva da olub. Q.Paşayeva festivalda zonalara baxış zamanı bu yaxınlarda küçədən “Toplan” sahibsiz itlərə qayğı mərkəzinə gətirilmiş bir itə sahiblənib.

Qeyd edək ki, “Toplan” sahibsiz itlərə qayğı mərkəzində saxlanılan itlərə sahib çıxmaq istəyən şəxslər mərkəzə müraciət edə bilərlər. Mərkəzin əməkdaşları müraciət əsasında müvafiq sənədləşmə işi apardıqdan sonra vətəndaşlar itlərə sahiblənərək onları qayğı ilə əhatə edirlər.

Son xəbərlər

Orphus sistemi