Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb

Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb 2017-ci il Ədliyyə Nazirliyinin yerli qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb
Sosial müdafiə
3680
1 Mart , 2018 14:01
Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb.

Bakı şəhər Statistika İdarəsindən “Report”a verilən məlumata görə, 2017-ci il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,8, boşanmaların sayı isə 2,2 olub.

Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qrumları tərəfindən daimi yaşamaq üçün Bakı şəhərinə 5012 nəfər gələn, 5677 nəfər gedən qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi