Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycanda ötən il ərzində 23 260 atalığın müəyyən edilməsi dövlət qeydiyyatına alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidmətindən bildirilib.
Məlumatda ötən il, eləcə də son beş ildə atalığın müəyyən edilməsi ilə bağlı nə qədər müraciətin daxil olması haqqında isə açıqlama verilməyib.
Qeyd olunub ki, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən müraciətlərin statistikası aparılmadığından, eləcə də “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən icrası mümkün olmayıb.