Yuxarı
    Bağlamaq

    Ombudsman: "Özünü demokratiya beşiyi hesab edən ölkələrdə milli azlıqlara, qaçqınlara münasibət göz önündədir"

    Dinlə
    © Report/ Elchin Murad — Ombudsman Elmira Süleymanova

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Bərabərlik olan yerdə münaqişə olmaz".

    "Report" xəbər verir ki, bunu 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannəməsinin qəbul edilməsinin 70 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda beynəlxalq konfransda Ombudsman Elmira Süleymanova deyib.

    O bildirib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara malikdir: "Qısa müstəqillik dövründə ölkəmizdə sabitlik möhkəmlənib. İqtisadiyyatın inkişafı üzrə MDB ölkələri arasında birinci yerdəyik".

    Elmira Süleymanova qeyd edib ki, Ombudsman Aparatının əsas qayəsi hər bir vətəndaşın bütün hüquqlarının təmin edilməsi, fərqli yanaşmaya yol verməmək, qanunun aliliyinin təmin olunması, dövlətə sadiqlik və sairdir: "Ombudsman institutu ölkənin bütün bölgələrində fəaliyyət göstərir. Özünü demokratiya beşiyi hesab edən ölkələrə nəzər salsaq, milli azlıqlara, qaçqınlara münasibət göz önündədir. Halbuki hər bir insana insan kimi yanaşmaq lazımdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi