Yuxarı
    Bağlamaq

    Ölkədə qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

    Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub

    Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda keçən il 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb.

    Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu statistika Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən aparılıb.

    Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

    Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi