"I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aprelin 1-dən 50 manat təqaüd təsis edilib. Bu o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub".
"Report" xəbər verir ki, bunu Ə
O deyib ki, ona görə də I dərəcə əlilliyi olan şəxslərə may ayının pensiyası verilərkən aprel və may aylarının hər biri üçün həmin 11 manat (ümumilikdə 22 manat) dayandırılıb, bunun əvəzində isə may ayının təqaüdləri verilərkən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə aprel və may aylarının hər biri üçün 50 manat (ümumilikdə 100 manat) ödəniləcəkdir: "Bunun üçün də I dərəcə əlilliyi olan şəxsləri narahat olmamağı tövsiyə edirik və yaxın günlərdə onlardan yalnız bir ərizə (onlara qulluq edənin kimliyini müəyyən etmək üçün) ərizə qəbul olunmaqla, aprel və may ayları üzrə 100 manat (50+50) təqaüdün ödəniləcəyini bildiririk".