Bu il
ƏƏSMN-dən "Report"a verilən məlumata görə, nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir.
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:
- 1.İş yerinə dair e-arayış xidməti
- 2.Əlilliyə dair e-arayış xidməti
- 3.Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
- 4.Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
- 5.Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
- 6.Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
- 7.Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
- 8.Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
- 9.Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
- 10.Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
- 11.Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
- 12.Fərdi şəxsi hesab barədə e-arayış xidməti
- 13.Məşğulluq altsistemindən e-arayış xidməti
- 14.Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
- 15.Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.
Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.
2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.