Nazirlik 800 min manata yaxın gecikdirilmiş ödənişlərin işçilərə verilməsini təmin edib

Nazirlik 800 min manata yaxın gecikdirilmiş ödənişlərin işçilərə verilməsini təmin edib İşdən azad edilən 20 nəfər öz vəzifələrinə yenidən bərpa olunub
Sosial müdafiə
25 Noyabr , 2016 15:15
Nazirlik 800 min manata yaxın gecikdirilmiş ödənişlərin işçilərə verilməsini təmin edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında görülən tədbirlər nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin məbləğin 94,6 faizi gecikdirilmiş əmək haqlarından, 3,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Həmçinin, yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilən 20 nəfər vətəndaşın Xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.

Xidmətin əməkdaşları vətəndaşların əmək hüquqularının təmin olunması, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı aidiyyəti işəgötürənlərə hüquqi izahatlar veriblər.

Son xəbərlər

Orphus sistemi