"Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyənlər, orta və yuxarı yaş kateqoriyasında olan şəxslər də var".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Onun sözlərinə görə, saxta əlillik dərəcəsi almağa cəhd edənlər arasında 18 yaşına çatmayan vətəndaşlar çoxluq təşkil edir: "Bu, daha çox oğlanların əsgərlikdən yayınmasına olan cəhdlərdir. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atır. Çünki əlilliyi olan şəxslər üçün pensiya çıxma tələbləri daha asandır".
S.Babayev bildirib ki, bu kimi halların qarşısını almaq üçün monitorinqlər davam edir: "Əsasən, risk kriteriyaları üzrə orta və yuxarı yaşda olan şəxslərdə əlilliyə görə yüksək pensiya alanlar çərçivəsində saxtakarlıqlar daha tez aşkar edilir. Ümumilikdə, monitorinqlər bütün istiqamətləri əhatə edəcək və daimi elektron monitorinqə çevriləcək. Avtomotlaşmanın ən böyük önəmi də bunun üçün lazımdır ki, ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min insanın hər birinin məlumatı elektronlaşdırlaraq vahid portala yerləşdiriləcək".
"Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu bu il 2500-dən artıq yalnış, saxta əlillik almış şəxslər müəyyən edib. Onlarla bağlı ciddi tədbir görülüb və dövlət büdcəsinə illik 13 milyondan artıq qənaət edilib", - deyə nazir əlavə edib.