Əmək və əhalinin sosial müdafiəsi naziri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "Report"a bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ümummilli lider
Nazir vətəndaşlarla görüşündə vurğulayıb ki, Prezident
Qəbula gələn vətəndaşlar ölkədə sosial sahədə aparılan mühüm islahatlara, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, həssas əhali qruplarına dövlətin qayğısının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə səbəb olan fərman və sərəncamların imzalanmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı vətəndaşlar pensiya və digər sosial təminat, əlilliyin qiyimətləndirilməsi, reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilib. Bir sıra müraciətlərdə qaldırılan məsələlər Nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların işlə təmin edilməsi, potensialları nərəzə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması tapşırılıb.
Nazir qeyd edib ki, Mingəçevir, Naftalan, Xocalı şəhərləri, Ağdaş, Goranboy, Yevlax rayonları üzrə Nazirliyin məşğulluq orqanları vasitəsilə cari ilin birinci rübündə 2 minə yaxın şəxs münasib işlə təmin edilib. Qeyd olunan şəhər və rayonlar üzrə 2018-ci ildə əvvəlki illə müqayisədə dəfələrlə çox olmaqla 500-dək ailə özünüməşğulluq proqramına cəlb edilib. Cari ildə də proqram çərçivəsində bu şəhər və rayonlarda aztəminatlı ailələr üçün yeni kiçik ailə təsərrüfatları yaradılacaq.
S.Babayev həmçinin ölkəmizin bütün regionlarında, o cümlədən bu bölgədə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib. Nazir bu il bir sıra şəhərlərdə, o cümlədən Naftalan şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini qeyd edib.
Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, peşə hazırlığına, ayrı-ayrı şəxslər Nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.