Nazir: "Azərbaycanda 12 737 şəhid ailəsi var"

Nazir: "Azərbaycanda 12 737 şəhid ailəsi var" Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında müxtəlif kateqoriyadan olan 12 737 şəhid ailəsi var.
Sosial müdafiə
19 Aprel , 2018 17:48
Nazir: Azərbaycanda 12 737 şəhid ailəsi var
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov / Report/ Orkhan Azim

Bakı. 19 aprel. REPORT.AZ/ "Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında müxtəlif kateqoriyadan olan 12 737 şəhid ailəsi var".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfərdir: "Bizim bazada olan rəqəmlərə görə, 7605 nəfər 1997-ci il avqustun 2-nə kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci il avqustun 2-dən sonra da vəfat edən şəxslər var və onlar döyüşlər zamanı yaralanıblar. Vətəndaşlar bu gündən başlayaraq sənədlərini toplaya bilərlər".

S.Müslümov qeyd edib ki, sənədlər elektron şəklində deyil, kağız formasında olacaq: "Çünki vətəndaşların hamısında elektron imza yoxdur". 

Son xəbərlər

Orphus sistemi