Naxçıvanda əmək yarmarkaları başlayır

Sosial müdafiə
  • 20 noyabr, 2015
  • 07:13
Naxçıvanda əmək yarmarkaları başlayır

Bakı. 20 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən noyabrın 24-də muxtar respublikada əmək yarmarkalarına start veriləcək.

“Report”un məlumatına görə, noyabrın 24-də tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq.

Noyabr ayının 25-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək.

Noyabrın 26-da əmək yarmarkası Şahbuz şəhərindəki “Araz” kinoteatrında, 27-də isə Culfa rayonunda keçiriləcək.

Dekabr ayının 1-də Ordubad, 2-də Babək, 3-də isə Şərurda boş iş yerləri təqdim olunacaq.

Naxçıvan şəhərində əmək yarmarkası dekabr ayının 4-də “Gənclik” Mərkəzində keçiriləcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti