Yuxarı

​Naxçıvanda ailə başçısının itirilməsinə görə pensiya alanların sayı açıqlanıb

Əlilliyə görə pensiya alanların sayı 13 843 nəfər olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında (MR) son illər ailə başçısının itirilməsinə görə pensiya alanların sayında artım olub.

"Report" Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2011-ci ildə muxtar respublikada ailə başçısının itirilməsinə görə pensiya alanların sayı 6110, ötən il isə bu rəqəm 8048 nəfər olub.

2011-ci ildə yaşa görə pensiya alanlar 34 619, 2014-cü ildə isə 31 469 nəfər olub.

Əlilliyə görə pensiya alanların sayı 2011-ci ildə 13 707, keçən il 13 843 nəfər olub.

Qeyd edək ki, MR-da pensiyaçıların ümumi sayı 53 360 nəfərdir. 2011-ci ildə bu rəqəm 54 436 nəfər olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi