Yuxarı

​Naxçıvan şəhərində keçirilən əmək yarmarkasına 466 boş iş yeri çıxarılıb

20 nəfərə işə göndəriş verilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Naxçıvan şəhərində əmək yarmarkası keçirilib. "Report" xəbər verir ki, yarmarkada 47 təşkilatdan 466 boş iş yeri çıxarılıb.

Tədbirdə, ümumilikdə, 20 nəfərə işə göndəriş verilib.

Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov da yarmarkada iştirak edib.

Qeyd olunub ki, ötən il ərzində Naxçıvan şəhərində keçirilən əmək yarmarkalarında 205 nəfər sakin müxtəlif xarakterli işlərə göndəriş alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi