Mustafa Abbasbəyli: "Vətəndaşlara verilən aktivlər arasında müəyyən uğursuz hallar ola bilər"

Mustafa Abbasbəyli: "Vətəndaşlara verilən aktivlər arasında müəyyən uğursuz hallar ola bilər" Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli vətəndaşlara verilən aktivlər arasında müəyyən uğursuz hallar ola biləcəyini istisna etməyib.
Sosial müdafiə
9 Yanvar , 2024 11:39
Mustafa Abbasbəyli: Vətəndaşlara verilən aktivlər arasında müəyyən uğursuz hallar ola bilər

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli vətəndaşlara verilən aktivlər arasında müəyyən uğursuz hallar ola biləcəyini istisna etməyib.

O, "Report"un sualını cavablandırarkən bildirib ki, il ərzində Azərbaycana 80 min başa yaxın müxtəlif növ heyvan idxal edilir və vətəndaşlara paylanılır.

M.Abbasbəyli bildirib ki, 99 % halda uğurlu təqdimatlarla bağlı məlumatlar sosial şəbəkədə yayılmır: "Nadir hallarda uğurlu olmayan istisna hallar isə əksinə geniş yayılır. Təbii ki, bu qədər çox sayda heyvanlar arasında müəyyən uğursuz hallar ola bilər və bunu normal qarşılayırıq. Ümumilikdə neqativ fakt çox cüzi faiz təşkil edir".

"80 minə yaxın vətəndaşa verilən aktivlər zamanı çəkilən videogörüntülər və zəruri məlumatlar açıq informasiya resurslarında yerləşdirilir. İstənilən şəxs sistemə girərək bütün məlumatlarla tanış ola bilərlər. Bəzən də aktivlərin yararsız olması doğru olmayan baxım, istifadə qaydalarına riayət edilməsi müəyyən fəsadlara gətirib çıxara bilər. Məsələ yanaşmaya gəldikdə ümumi proqrama xələl gətirən səbəb deyil", - Agentliyin sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi