​Milli Məclisdə “HİV haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək

​Milli Məclisdə “HİV haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək İctimai dinləmələrin dekabrın 4-də keçirilməsi nəzərdə tutulur
Sosial müdafiə
28 Noyabr , 2014 16:48
​Milli Məclisdə “HİV haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən “HİV haqqında” mövcud qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək. "Report" xəbər verir ki, bu barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, ictimai dinləmələrin dekabrın 4-də parlamentdə keçirilməsi nəzərdə tutulur: “Bu dinləmələrdə həm komitəmizin üzvləri, həm bu məsələ ilə əlaqəli qurumlar, QHT-lər, həm də gənclər iştirak edəcəklər”.

Son xəbərlər

Orphus sistemi