Mart ayına dair bütün sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb - RƏSMİ

Mart ayına dair bütün sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb - RƏSMİ Mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişi təmin edilib
Sosial müdafiə
251
19 Mart , 2021 21:02
Mart ayına dair bütün sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub"-deyə, məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi