Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb Vətəndaşlar pensiyalarını bankomatlarından əldə edə bilərlər
Sosial müdafiə
16 Mart , 2021 20:39
Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, martın 5-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, martın 16-da isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi