Agentlik sədri: "Yaxın günlərdə "Könüllülər ili" ilə bağlı tədbirlər planı təsdiq olunacaq"
Agentlik sədri: "Yaxın günlərdə "Könüllülər ili" ilə bağlı tədbirlər planı təsdiq olunacaq"Bu yaxınlarda Könüllülər ili ilə bağlı tədbirlər planı təsdiq olunacaq.
"Bu yaxınlarda "Könüllülər ili" ilə bağlı tədbirlər planı təsdiq olunacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, "ASAN xidmət" tədbirlər planı üçün təkliflər verib: "Bu il müxtəlif tədbirlər nəzərdə tutulur. Əsas məqsəd, hədəf daha çox gəncliyi könüllülər proqramına cəlb etmək, könüllülüyün verdiyi təcrübəni, özünütəkmilləşdirmə proqramlarını, kurslarını və təlimlərini davam etdirməkdir".
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.Nazirlər Kabinetinə bununla bağlı tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.