Komitə sədri: "Vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir"

Komitə sədri: "Vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir" Bütün rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı monitorinq qrupuları yaradılıb
Sosial müdafiə
13 Noyabr , 2015 11:19
Komitə sədri: Vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir

Bakı. 13 noyabr. REPORT.AZ/ “Məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin özü, xüsusilə, vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir”. "Report" xəbər verir ki, bunu  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması” üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb: “Son illərdə dövlət tərəfindən qadın siyasətinin gücləndirilməsi, eləcə də, hüquqi bazanın yenidən təkminləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha Azərbaycanda bu prosesin davamlı olduğunu və dayanmadığını göstərir”.

Sədr bildirib ki, komitənin ekspertləri ötən dörd il ərzində aparılan islahatları çox müsbət dəyərləndiriblər: “Bütün rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı monitorinq qrupları yaradılıb”.

Son xəbərlər

Orphus sistemi