Yuxarı

Azərbaycanda təhlükəsiz ixrac sxeminin təsdiq edilməsi üçün gömrük orqanına edilən müraciətə baxılması müddəti azaldılıb

“Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları”nda dəyişiklik edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları”nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, təhlükəsiz ixrac sxeminin təsdiq edilməsi üçün malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən gömrük orqanına kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir.

Dəyişikliyə əsasən, daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 2 iş günü müddətində baxılır.

Qeyd edək ki, əvvəl bu müddət 3 iş günü idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi