Yuxarı

​Kəmaləddin Heydərov səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb

Buna səbəb Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsidir

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Özbəkistan Respublikasına rəsmi səfərini yarımçıq kəsərək Bakıya qayıdıb.

"Report"un FHN-in saytına istinadən verdiyi məlumata görə, Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 19-da Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həmin ölkəyə rəsmi səfərə getmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi